Türkiyənin məşhur simaları – Murat Boz ilə Hadise arasında “Red Bull Sound Clash” çərçivəsində baş tutan çıxış sosial mediada geniş müzakirələrə səbəb olub.


 


Sfera.az xəbər verir ki, “Volkswagen Arenada” keçirilən tədbirdə iki məşhur ifaçı ayrı səhnələrdə hit mahnılarını ifa edərək musiqili duel formatında üz-üzə gəliblər. Tamaşaçıların alqışları və səsverməsi nəticəsində gecənin qalibi Murat Boz elan olunub. Gecə zamanı səhnə geyimləri ilə bağlı zarafat və söz atışmaları diqqət çəkib.


 


Murat Boz çıxışı zamanı səhnədə özünü tam ifadə edə bilmədiyini deyərək bu vəziyyəti yumorla şərh edib. Hadise isə ona cavab olaraq səhnə geyimi və performans üslubuna ironik münasibət bildirib və dialoqa zarafat qatıb. Daha sonra Murat Boz səhnə geyimlərinin onun diqqətini yayındırdığını deyərək bu mövzunu davam etdirib. Sözügedən anlar tamaşaçılar tərəfindən həm gülüş, həm də alqışla qarşılanıb və qısa müddətdə sosial şəbəkələrdə geniş yayılaraq gündəmə çevrilib.


 


Mənsumə


Sfera.az