Dağıstanın Tsuntin rayonunun Şaytli kəndində qar uçqunu bir neçə yaşayış evinin üzərinə düşüb.

 


Sfera.az xəbər verir ki, Rusiya KİV-inin yaydığı məlumata görə, uçqun nəticəsində qadın və 7 yaşlı uşaq qar altında qalıb. 




Hadisə yerinə xilasedicilər cəlb olunub.

 


İlkin məlumata əsasən, qar uçqunu səhər saatlarında baş verib və iki yaşayış evini örtüb. Hazırda axtarış-xilasetmə işləri aparılır. Prokurorluq da hadisəni nəzarətə götürüb.