"Macarıstan seçkilərinin nəticələri yalnız Avropa İttifaqının (Aİ) tənəzzülünü sürətləndirəcək".
Sfera.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və RDIF-in baş direktoru Kiril Dmitriyev deyib.
O, “X”də Britaniyalı ifrat sağçı fəal Tommi Robinsonun Macarıstanın seçki nəticələrinə görə "yıxılması" ilə bağlı fikirlərini şərh edərkən yazıb:
"Bu, sadəcə Aİ-nin dağılmasını sürətləndirəcək. 4 aydan sonra haqlı olub-olmadığımı yoxlayın".
Qeyd edək ki, müxalifətdəki "Tisza" partiyası 12 apreldə keçirilən parlament seçkilərindən sonra Macarıstan Milli Assambleyasında (birpalatalı parlament) 199 yerdən 138-ni qazanıb.
Firuzə Əliyeva
Sfera.az