İspaniyanın Baş naziri Pedro Sançez Çini dünyanın müxtəlif bölgələrində, xüsusilə İran və Ukraynada silahlı münaqişələrin dayandırılması üçün təsir imkanlarından daha fəal istifadə etməyə çağırıb.


 


Sfera.az bildiri ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.


 


“Çin daha çox şey edə bilər – məsələn, artıq etdiyi kimi beynəlxalq hüquqa riayət olunmasını tələb edə və Livan, İran, Qəzza zolağı, Qərb sahili və Ukraynada münaqişələrin dayandırılmasına çağırış edə bilər”, – deyə siyasətçi bildirib.


 


Sançes çıxışında beynəlxalq hüququn əhəmiyyətinə xüsusi diqqət çəkərək, onun “hər şeyin əsası” olduğunu vurğulayıb.


 


Bundan əvvəl isə İsrailin Baş naziri Benjamin Netanyahu İspaniyanı “düşmənçilik və ikiüzlülükdə” ittiham edib.


 


“Mən bu ikiüzlülüyə və düşmənçiliyə dözmək niyyətində deyiləm. Heç bir ölkənin bizə qarşı diplomatik müharibə aparmasına və bunun dərhal nəticələri olmamasına imkan verməyəcəyəm”, – deyə Netanyahu qeyd edib.


 


Fidan Hacızadə


Sfera.az