Məşhur Hollivud ulduzu Ben keçmiş həyat yoldaşı Cennifer Lopez ilə bağlı diqqətçəkən addımı ilə yenidən gündəmə gəlib.
Sfera.az xəbər verir ki, aktyor keçmiş həyat yoldaşı ilə bütün əlaqələrini kəsmək üçün olduqca bahalı qərar verib. Məlumata görə, o, cütlüyün birlikdə aldığı malikanədəki payından imtina edib. Bu payın dəyərinin təxminən 60 milyon dollar olduğu bildirilir.
Qeyd olunur ki, cütlük 2023-cü ilin may ayında bu dəbdəbəli evi satın alıb və alış üçün 60 milyon dollar nağd vəsait ödəyib. Daha sonra isə təmir işlərinə milyonlarla dollar xərclənib. Ayrılıqdan sonra ev satışa çıxarılsa da hələlik alıcı tapılmayıb. Rəsmi sənədlərdə “ər-arvad arasında əmlakın ötürülməsi” ifadəsi yer alsa da mənbələr “TMZ”yə bildiriblər ki, Ben Afflek öz payını tamamilə və qarşılıqsız şəkildə Cennifer Lopezə verib.
Xatırladaq ki, cütlük 2021-ci ildə münasibətlərini yenidən bərpa etmiş və 2022-ci ildə evlənmişdi. Lakin bu ikinci şans uzun çəkməyib və onlar 2024-cü ilin avqustunda “barışmaz fikir ayrılıqları” səbəbilə boşanıblar.
Onların sevgi hekayəsi ilk dəfə 2000-ci illərin əvvəllərində, “Gigli” filminin çəkilişləri zamanı başlamışdı. 2002-ci ildə nişanlansalar da, 2004-cü ildə ayrılmışdılar. Uzun fasilədən sonra yenidən bir araya gələn cütlük Hollivudun ən çox müzakirə olunan münasibətlərindən birinə çevrilmişdi. Məlumatlara görə, bu addım Ben Afflek ilə Jennifer Lopez arasında qalan son maddi bağın da qırılması deməkdir.
Mənsumə
Sfera.az