Türkiyəli müğənni Hadisənin Bakıda verdiyi konsertdən sonra səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, sənətçi çıxışı zamanı Azərbaycan qadınları haqqında danışaraq “Səhnə makiyajımı özüm edirəm. Bu gecə dedim ki, bir az çox edim. Azərbaycan qadınları makiyajı çox sevir. Çünki sizlərin makiyajına heyranam” ifadələrini işlədib.
Bu sözlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və geniş müzakirə doğurub.
Məsələyə Xalq artisti Brilliant Dadaşova da münasibət bildirib. O, sosial şəbəkədə paylaşıma yazdığı şərhdə “Artıq səhnələrdə musiqidən başqa hər şey müzakirə olunur” fikrini qeyd edib.
Daha sonra sənətçi ona ünvanlanan tənqidlərə cavab verərək “Mən nə yazdığımı və onun əslində nə demək istədiyini çox gözəl bilirəm. Onlar özlərini az makiyajlı Avropa, bizi isə çox makiyajlı əyalət insanları hesab edirlər. Siz bunu yedizsə, sizə nuş olsun” deyib.
Aparıcı Elnarə Təhməzova da Hadisəni tənqid edib. O, “Azəri qadını yox, Türk kadını. Sən heç paltar geyinirsən ki... Makiyajın da hər zaman abartılı. İndi yadına düşdü azəri xanımları?” sözlərini yazıb.
Hadisənin açıqlamaları ətrafında yaranan müzakirələr sosial şəbəkələrdə davam əks-səda doğurub.
Mənsumə
Sfera.az