Türkiyənin Ərzincan vilayətində 4 maqnitudalı zəlzələ olub.


 


Sfera.az xəbər verir ki, bu barədə AFAD (Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi) məlumat yayıb.


 


Qeyd olunub ki, yeraltı təkan yerli vaxtla 19:15-də Kemah rayonunda baş verib.


 


Zəlzələ ocağının dərinliyi 7,12 kilometrdir.