62 yaşlı Conni Deep son illərdə bir çox münasibətlərdə adı hallansa da, Amber Heardla qalmaqallı boşanmasından sonra özünə gəlməyə çalışır.
Sfera.az bildirir ki, Conni Depp bir günlük görüşlərdən daha çox uzunmüddətli sevgili tapmağa çalışır.
Ulduz hətta qadınlarla görüşməkdən qorxur və onların yanında bir az utancaqdır. Bu barədə məlumatı ulduza yaxın olan şəxs verib.
Mənbə Deppin sevgidənsə "gitarasını seçdiyini” bildirib:
"Conninin gitarası ilə hazırda hər hansı bir qadınla müqayisədə daha güclü münasibəti var. O, hazırda münasibətlərə tələsmir. Səbirlidir və vaxtını gözləyir"- deyə mənbə əlavə edib.
“Nüfuzuna baxmayaraq, Depp əslində daha çox monoqamist olduğunu bilir. Buna görə də, əgər o, münasibətə başlayacaqsa, bu, uzunmüddətli olacaq".
Qeyd edək ki, təxminən dörd il əvvəl aktyor aktrisa Amber Hearddan uzun və mübahisəli boşanmasını başa çatdırıb. Amber keçmiş sevgilisini məişət zorakılığında ittiham etsə də, məhkəmə Deppə bəraət verib.
2018-ci ildə Amber "The Washington Post" qəzetində Depp tərəfindən zorakılığa məruz qaldığını iddia edən bir məqalə yazıb. 2019-cu ilin mart ayında aktyor keçmiş sevgilisinə qarşı 50 milyon dollar təzminat tələb edərək məhkəməyə müraciət edib. Ardınca Heard keçmiş ərinə qarşı 100 milyon dollar təzminat tələb edib.
Sonda isə Heard aktyora böhtan və karyerasını məhv etdiyinə görə 1 milyon dollar ödədi.
Qeyd edək ki, Depp əvvəllər Vanessa Paradis ilə uzunmüddətli münasibətdə olub, bu birlikdəlikdən onların iki övladı (qızı Lili-Rouz və oğlu Cek) var.
Aynil
Sfera.az