İngiltərə Premyer Liqasının 32-ci turunda "Mançester Yunayted" doğma meydanda "Lids"ə 1:2 hesabı ilə məğlub olub.
Sfera.az xəbər verir ki, qarşılaşma "Old Trafford" stadionunda baş tutub.
Qonaq komandanın hər iki qolunu Noa Okafor 5-ci və 29-cu dəqiqələrdə vurub. Meydan sahiblərinin yeganə qoluna isə 69-cu dəqiqədə Kazemiro imza atıb. "Mançester Yunayted"in müdafiəçisi Lisandro Martinez 56-cı dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Bu nəticə ilə "Mançester Yunayted" ötən ilin 24 noyabrında "Everton"a 0:1 hesabı ilə uduzduqdan sonra ilk dəfə Premyer Liqada evdə məğlubiyyətlə üzləşib. Hazırda "Mançester Yunayted" 55 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. "Lids" isə 36 xalla 15-ci yerdədir.
Qeyd edək ki, növbəti turda "Mançester Yunayted" səfərdə "Çelsi" ilə, "Lids" isə "Vulverhempton Uonderers"lə üz-üzə gələcək. Hər iki oyun aprelin 18-də keçiriləcək.
Niyaz Hacıyev
Sfera.az