Məşhur türk müğənnisi Seda Sayan son açıqlamaları ilə yenidən gündəmə gəlib.


 


Sfera.az xəbər verir ki, özündən kiçik həyat yoldaşı Çağlar Ökten ilə xoşbəxt evliliyi ilə tanınan Sayan, açdığı “YouTube” kanalında münasibətlər və kişilər barədə səsləndirdiyi fikirlərlə geniş müzakirə yaradıb. Sayan xüsusilə “maço kişi” anlayışına münasibət bildirərək, bu tip davranışların ona romantik deyil, əksinə sıxıcı gəldiyini deyib:


 


“Maço kişiləri sevirəm" ifadəsini heç vaxt başa düşməmişəm. Maçizm adlandırdıqları şey mənə romantik görünmür, məni boğur. "Qoy müdaxilə etsin" deyirsən, sonra isə münasibətdə sıxıldığını hiss edirsən. Romantik kişilərdən isə heç bir zərər gəlmir”.  Müğənni həmçinin xəyanət mövzusuna da toxunaraq sərt fikirlər səsləndirib. Onun sözlərinə görə, xəyanət edən tərəflə münasibəti davam etdirməyin doğru olmadığını bildirib:


 


“Hansı depressiyadan danışırlar? Sadəcə "yoluma çıxma" deməlisən. Xəyanət edən getsin. Qoy səni itirdiyinə görə kədərlənsin”.


 


Sayanın bu açıqlamaları sosial şəbəkələrdə geniş rezonans doğurub və istifadəçilər arasında müzakirələrə səbəb olub.


 


Mənsumə


Sfera.az