Rusiya hökumətinin ölkələrlə son illərdə genişlənərək beynəlxalq siyasi münasibətlərin əsas göstəricilərindən birinə çevrilib.
Rəsmi olaraq Rusiyaya qarşı qeyri-dost addımlar atan dövlətlər kimi təqdim olunan bu siyahıya əsasən, Moskva həmin ölkələrə qarşı müxtəlif iqtisadi və diplomatik məhdudiyyətlər tətbiq edir.
Sfera.az xəbər verir ki, siyahı ilk dəfə bir neçə il ərzində formalaşdırılsa da, 2022-ci ildən sonra baş verən geosiyasi hadisələr fonunda kəskin şəkildə genişlənib. Hazırda siyahıda təxminən 49-a yaxın ölkə və bir sıra ərazilər yer alır.
Qərb blokuna daxil olan ölkələr siyahının əsas hissəsini təşkil edir. ABŞ, Böyük Britaniya, Kanada, Yaponiya, Almaniya, Fransa və İtaliya kimi G7 ölkələri bu siyahıya daxildir.
Bununla yanaşı, Avropa İttifaqına üzv dövlətlərin demək olar ki, hamısı dost olmayan ölkələr kateqoriyasında yer alır. Baltikyanı ölkələr, Polşa, Skandinaviya dövlətləri, eləcə də Cənubi və Mərkəzi Avropanın bir çox ölkələri də siyahıya daxil edilib. Asiya-Sakit okean regionundan Cənubi Koreya, Tayvan, Sinqapur, Avstraliya və Yeni Zelandiya da siyahıda yer alan ölkələr sırasındadır.
Bundan əlavə, İsveçrə, Norveç, İslandiya kimi Avropa ölkələri, həmçinin Monako, San Marino, Albaniya, Monteneqro və Şimali Makedoniya kimi kiçik dövlətlər də bu kateqoriyaya daxildir. Siyahıda diqqət çəkən məqamlardan biri Ukraynanın da yer almasıdır. Həmçinin Mikroneziya və Baham adaları kimi uzaq region ölkələri, eləcə də Böyük Britaniyaya bağlı bəzi xarici ərazilər də qeyri-dost kimi qiymətləndirilir.
Bununla belə, siyahıya daxil edilməyən bəzi mühüm ölkələr də var. Türkiyə, Çin, Hindistan, İran və Belarus kimi dövlətlər Rusiya ilə ya neytral, ya da tərəfdaş münasibətlər saxladıqları üçün bu siyahıda yer almırlar.
Fidan Hacızadə
Sfera.az