ABŞ Prezidenti Donald Tramp bu dəfə qeyri-adi görüntü ilə gündəmə gəlib.
Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda prezidentin Ağ Evin Oval ofisinin girişində çatdırılma xidməti göstərən qadından sifariş aldığı anlar əks olunub.
Bildirilir ki, sifariş “McDonald's” məhsullarından ibarət olub.
Görüntülərdə Trampın "DoorDash" çatdırılma sürücüsü Şarron Simmonsla qısa söhbəti diqqət çəkib. Prezident söhbət zamanı bəxşiş gəlirlərinə tətbiq olunan vergilər mövzusuna toxunaraq bu sahədə dəyişikliklərin əhəmiyyətli olduğunu vurğulayıb. O, “bəxşişlərə vergi qoyulmamalıdır” mesajını ön plana çıxarıb.
Məlumata görə, sürücü Trampa deyib ki, ötən il bəxşişlərə vergi tətbiqinin dayandırılması səbəbindən təxminən 11 min dollar əlavə qazanc əldə etdiyini qeyd edib.
Tramp kuryerə 100 ABŞ dolları bəxşiş də verib.
Video yayıldıqdan sonra açıqlama verən Şarron Simmons bildirib ki, bəxşiş vergilərinin ləğvi onun həyatına müsbət təsir edib. Onun sözlərinə görə, əldə etdiyi vəsait ailə xərclərinin qarşılanmasına, o cümlədən həyat yoldaşının müalicəsinə və səfər xərclərinə yönəldilib.
Qeyd edək ki, görüntülər sosial mediada sürətlə yayılıb və istifadəçilər tərəfindən müxtəlif cür şərh olunub. Bəzi rəylərdə bunun seçicilərlə əlaqə qurmaq məqsədi daşıdığı iddia edilsə də, digərləri bunu işçi təbəqəyə yönəlmiş mesaj kimi qiymətləndirib.
Mənsumə
Sfera.az