Bu gün Fransanın “Paris Sen Jermen” komandası Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyununda İngiltərənin Liverpul klubu ilə üz-üzə gələcək.


 


Sfera.az xəbər verir ki, ilk oyunda Paris təmsilçisi doğma meydanda rəqibini 2:0 hesabı ilə məğlub edərək üstünlük qazanıb.


 


Həmin qarşılaşmada İngiltərə klubunun hücumları əsasən ötürmələrlə yekunlaşdığı üçün ciddi təhlükəli vəziyyətlər qeydə alınmayıb. Buna baxmayaraq, PSJ-nin Çempionlar Liqasında səfər oyunlarında əvvəlki çıxışları o qədər də uğurlu olmayıb. Bu səbəbdən cavab görüşündə daha çətin mübarizənin olacağı gözlənilir. Digər tərəfdən, "Liverpul" da hazırda ideal formasından uzaqdır.




PSJ daxili çempionatda oyunlarının təxirə salınmasından faydalanaraq Çempionlar Liqasına daha yaxşı hazırlaşmaq imkanı əldə edib. İngiltərə futbolunda isə belə praktika demək olar ki, tətbiq olunmur. Komandalar arasında qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu cütün qalibi yarımfinalda “Real Madrid” (İspaniya) - “Bavariya” cütünün qalibi ilə qarşılaşacaq.


 


Niyaz Hacıyev

Sfera.az