İran ABŞ və İsrailin həyata keçirdiyi hücumlar nəticəsində dəymiş ziyana görə təxminən 270 milyard dollar məbləğində müharibə təzminatı tələb edəcəyini açıqlayıb.
Sfera.az xəbər verir ki. İran hökumətinin sözçüsü Fatma Mühaciri bildirib ki, ilkin hesablamalara əsasən, ABŞ və İsrailin hücumları ölkəyə ciddi iqtisadi ziyan vurub və tələb olunacaq kompensasiyanın həcmi təxminən 270 milyard dollar təşkil edir.
Onun sözlərinə görə, hökumət hazırda ziyanın miqyasının dəqiq müəyyənləşdirilməsi üçün müxtəlif sahələr üzrə qurumlarla birlikdə qiymətləndirmə işlərini davam etdirir. Yekun rəqəmin araşdırmalar başa çatdıqdan sonra rəsmi şəkildə açıqlanacağı bildirilib.
Mühaciri əlavə edib ki, kompensasiya tələbi yalnız iqtisadi ziyanı deyil, həm də mülki infrastruktura – o cümlədən yaşayış binaları, müəssisələr və fabriklərə dəyən zərəri, eləcə də Minab şəhərindəki məktəbə hücum zamanı həyatını itirən qadın tələbələrin hüquqlarını da əhatə edir.
Qeyd olunub ki, müharibə təzminatı məsələsi Prezident Məsud Pezeşkian tərəfindən müxtəlif platformalarda gündəmə gətirilib və İranın danışıqlar qrupunun İslamabadda keçirdiyi görüşlərdə də əsas müzakirə mövzularından biri olub.
Mənsumə
Sfera.az