Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo 2030-cu il dünya çempionatında iştirak ehtimalı ilə bağlı fikirlərini bölüşüb.
Sfera.az xəbər verir ki, təcrübəli futbolçu gələcək planlarına ehtiyatlı yanaşdığını bildirib və konkret qərar vermək üçün zamanın vacibliyini vurğulayıb.
41 yaşlı ulduz oyunçu qeyd edib ki, hazırda əsas diqqətini cari mövsümə və qarşıdakı turnirlərə yönəldib. Onun sözlərinə görə, fiziki durum imkan verdiyi müddətdə yüksək səviyyədə oynamaq mümkündür. Lakin Ronaldo 2030-cu il dünya çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı indidən qəti fikir bildirməyin çətin olduğunu da qeyd edib.
Qeyd edək ki, Ronaldonun kapitanı olduğu Portuqaliya milli futbol komandası bu yay keçiriləcək 2026 FIFA Dünya Çempionatı turnirində də mübarizə aparacaq. Futbol ictimaiyyəti isə əfsanəvi hücumçunun karyerasını nə qədər davam etdirəcəyini maraqla izləyir.
Niyaz Hacıyev
Sfera.az