Rusiya ABŞ ilə əməkdaşlığın Ukrayna münaqişəsinin başa çatmasını gözləmədən də inkişaf etdirilməsini təklif edir.


 


Sfera.az xəbər verir ki, bu barədə Dmitri Peskov TASS-a açıqlamasında bildirib.


 


Onun sözlərinə görə, ABŞ tərəfi ticarət-iqtisadi əməkdaşlığın inkişafını Ukraynadakı münaqişənin başa çatması ilə əlaqələndirir.


 


“Biz isə hesab edirik ki, bunun üçün Ukraynada nizamlanmanı gözləmək mütləq deyil”, — deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb.


 


Fidan Hacızadə


Sfera.az