Məşhur türk aktyor cütlüyü Burak Özçivit və Fahriye Evcen oğulları Karan Özçivitin 7 yaşını ailə daxilində sadə, lakin duyğulu bir mərasimlə qeyd ediblər.


 


Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan ailə fotoları qısa zamanda böyük marağa səbəb olub. Görüntülərdə cütlüyün oğullarını eyni anda öpməsi diqqət çəkib, balaca Karanın həm təəccüblü, həm də sevincli ifadəsi izləyicilər tərəfindən ən çox müzakirə olunan detal olub. Evdə təşkil edilən ad günü şənliyində qızılı rəngli şarlarla hazırlanmış dekorasiya və üzərində “Ad günün mübarək Karan” yazılan tort diqqət çəkib.


 


Sadə, lakin zövqlü bəzədilmiş məclis izləyicilər tərəfindən “təbii və səmimi” atmosferi ilə bəyənilib. Paylaşım qısa zamanda minlərlə bəyənmə toplayıb. Cütlüyün pərəstişkarları Karan üçün xoş arzularını bildirərək ailəyə təbrik mesajları ünvanlayıblar. Fotolar qısa müddətdə əyləncə gündəminin ən çox danışılan paylaşımlarından birinə çevrilib.


 


Mənsumə


Sfera.az