Dünya dəniz ticarətinin "şah damarı" sayılan Hörmüz boğazında naviqasiya təhlükəsizliyi ilə bağlı diplomatik hərəkətlilik pik həddə çatıb.
Sfera.az "Agence France-Presse"ə istinadən xəbər verir ki, aprelin 17-də Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keyr Starmer bir neçə ölkənin iştirakı ilə videokonfrans formatında danışıqlar aparacaqlar.
Yelisey Sarayından verilən məlumatlara görə, müzakirələrin əsas mövzusu Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidini təmin etməkdir. Görüşün iştirakçı siyahısı hələlik tam açıqlanmasa da, tərəflərin bir mühüm prinsipi ön plana çıxaracağı gözlənilir: hərbi əməliyyatlarda iştirak etməmək.
Fransa və Britaniya bu təşəbbüsün yalnız "müdafiə xarakteri" daşıdığını və məqsədin regionda gərginliyi artırmaq deyil, dəniz ticarətini qorumaq olduğunu vurğulayıblar.
Bəsti Rəfizadə
Sfera.az