Türkiyənin məşhur aktrisası Serenay Sarıkaya sosial media hesabında atası Mustafa Sarıkayanın fotosunu paylaşaraq izləyicilərinin diqqətini çəkib.




Sfera.az xəbər verir ki, aktrisa gündəlik həyatından anlıq görüntülər paylaşmağı davam etdirir.


 


Bu dəfə isə o, “kolleksiya”sına ailəsinə aid xüsusi bir xatirəni – atasının fotosunu da əlavə edib.




Qeyd edək ki, aktrisanın valideynləri – atası Mustafa Sarıkaya və anası Ümran Seyhan Sarıkaya cəmi 6 yaşında olarkən ayrılıblar. Boşanmadan sonra Mustafa Sarıkaya yenidən ailə həyatı qurub, aktrisa isə anası ilə birlikdə İstanbula köçüb.




Sarıkaya müsahibələrinin birində atasından uzaqda böyüməyin onun üçün çətin olduğunu vurğulayıb.


 


“Xüsusilə ata faktorunun çox vacib olduğu bir mühitdə qız uşağı böyütmək həqiqətən böyük məsələdir”, - deyə o, bildirib.




Mənsumə

Sfera.az