Dünyanın ən yaşlı göyərçinlərindən biri kimi tarixə düşən Şuqar (Sugar) qeyri-adi ömrü və sahibi ilə qurduğu emosional bağla diqqət çəkib.


 


Sfera.az xəbər verir ki, ABŞ-nin Missuri ştatının Çesterfild şəhərində yaşayan ağ göyərçin 23 iyun 1981-ci ildə dünyaya gəlib və düz 44 il yaşamağı bacarıb. Adətən təxminən 15-20 il ömür sürən göyərçinlərlə müqayisədə bu göstərici rekord hesab olunur. Şuqar bu nəticə ilə Ginnesin Rekordlar Kitabı tərəfindən əsirlikdə yaşayan ən yaşlı göyərçin kimi qeydə alınıb və əvvəlki rekordu 15 il üstələyib.


 


Şuqarın sahibi, 77 yaşlı Devayn Orender ilə münasibəti adi ev heyvanı əlaqəsindən xeyli fərqli olub. Onlar günlərinin böyük hissəsini birlikdə keçirir, televiziya izləyir və musiqi dinləyirdilər. Orender göyərçini “mələk” və “ən yaxşı dostu” adlandırırdı. Bu bağlılığın ən təsirli nümunəsi isə sahibinin xəstəxanaya düşdüyü vaxt müşahidə olunub. Neşvildə müalicə alan Orenderdən ayrı qalan Şuqar demək olar ki, yemək yeməyib və qəfəsində hərəkətsiz vəziyyətdə qalıb.


 


Sahibi evə qayıtdıqdan sonra isə quşun yenidən canlanması onların əlaqəsinin gücünü göstərən nadir nümunələrdən biri kimi yadda qalıb. Devayn Orender sadiq dostunun 50 illik yubileyini xüsusi şəkildə qeyd etməyi planlaşdırırdı. O, bu münasibətlə tam buğda bulkası və popkornla kiçik “bayram süfrəsi” təşkil etməyi arzulayırdı. Lakin bu arzu reallaşmayıb. Şuqar bu il Pasxada  həyatını itirib. O, arxasında yalnız qırılmış bir rekord deyil, həm də uzun illər davam edən nadir dostluq və sədaqət hekayəsi qoyub.


 


Mənsumə


Sfera.az