Bakıda ustanın partlayış nəticəsində 15-ci mərtəbədən yıxılaraq öldüyü məlum olub.


 


Sfera.az xəbər verir ki, hadisə usta 15-ci mərtəbədə yerləşən mənzilə kondisioner quraşdırarkən baş verib.


 


TƏBİB-dən Lent.az-a bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:




"Təcili tibbi yardım briqadası tərəfindən 34 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.


 


Hadisə nəticəsində daha iki nəfərə - 40 yaşlı (kişi) və 29 yaşlı (qadın) şəxsə yerində tibbi yardım olunub".