Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) "Kurort" Turizm İnformasiya Mərkəzinin direktoru Emilya Səfərəliyeva işdən çıxarılıb.


 


Sfera.az lent-az-a istinadla xəbər verir ki, AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev də tutduğu vəzifədən azad edilib.


 


Bundan əlavə, kənd təsərrüfatı nazirinin sabiq müavini Sarvan Cəfərov AHİK sədrinin müşaviri təyin olunub.


 


Cəfərov 2020-ci ildən 2026-cı ilədək kənd təsərrüfatı nazirinin müavini postunu tutub. O bu ilin yanvarında tutduğu vəzifədən azad edilib.