Sürətli çəki itkisi təkcə bədənin deyil, həm də münasibətlərin tarazlığını dəyişdirə bilər. Son tədqiqatlar göstərir ki, sürətli fiziki transformasiya özünəinam, sosial mühit və həyat tərzinə ciddi təsir göstərir. Bu dəyişiklik bəzi münasibətlərdə uyğunluq problemlərini və ayrılıq qərarlarını daha görünən hala gətirə bilər.


 


Sfera.az bildirir ki, son illərdə sürətli çəki itkisinə səbəb olan tibbi metodların geniş yayılması ilə bu dəyişikliyin yalnız fiziki deyil, həm də sosial nəticələri müzakirə olunmağa başlayıb.


 


İsveçdə aparılan bir araşdırma göstərir ki, qısa müddət ərzində xeyli çəki itirən fərdlərdə münasibət və evlilik dinamikası əhəmiyyətli dərəcədə dəyişə bilər.


 


Göteborq Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma, xüsusilə bariatrik əməliyyat keçirmiş fərdləri araşdırıb. Məlumatlara görə, bu fərdlər arasında boşanma nisbəti ümumi əhali ilə müqayisədə təxminən iki dəfə yüksəkdir. Uzunmüddətli müşahidələr göstərir ki, əməliyyatdan sonrakı ilk bir neçə ildə ayrılıqlar daha tez-tez baş verir.


 


Tədqiqatçılar vurğulayırlar ki, bu vəziyyət yalnız fiziki dəyişikliklərlə məhdudlaşmır.


 


Sürətli çəki itirən fərdlərin sosial dairələrinin genişlənməsi, özünəinamın artması, həyat tərzi dəyişiklikləri və daha aktiv sosial həyat yaşaması münasibətlərdə yeni gərginliklər yarada bilər. Tərəfdaşın bu dəyişikliyə uyğunlaşa bilməməsi münaqişəni artıran əsas amillərdən biri kimi ön plana çıxır.


 


Mütəxəssislərin fikrincə, digər vacib amil uzunmüddətli münasibətlərdə "vərdiş tarazlığı"dır. Qeyd olunur ki, artıq çəki dövrlərində bəzi fərdlərin münasibətləri qorumaq motivasiyası dəyişə bilər və fiziki transformasiyadan sonra ayrılmaq qərarları daha asan verilə bilər.


 


Tədqiqatçılar bildirirlər ki, gələcəkdə daha geniş auditoriyaya çatan sürətli arıqlama metodlarının ortaya çıxması ilə oxşar təsirlər daha da nəzərə çarpacaq. Lakin mütəxəssislər vurğulayırlar ki, bu proses yalnız fiziki transformasiya deyil, həm də psixoloji və sosial yenidənqurmadır.


 


Aynil