Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


 


Sfera.az xəbər verir ki, bu barədə Azərişıq ASC məlumat yayıb.


 


Bildirilib ki, aprelin 15-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından çıxan 10 kV-luq 10 saylı hava xəttində təmir və ağac budanması işləri aparılacaq.


 


Bununla əlaqədar saat 11:00-dan 13:00-dək şəhərin Mübariz İbrahimov, Nizami, Mirzə Ələkbər Sabir, Tofiq İsmayılov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.