Madriddəki “Metropolitano” stadionunda keçirilən UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyununda “Atletiko Madrid” “Barselona”ya 1:2 hesabı ilə məğlub olub.
Sfera.az xəbər verir ki, “Kataloniya” təmsilçisinin qollarını Lamin Yamal (4-cü dəqiqə) və Ferran Torres (24) vurublar.
Meydan sahiblərinin yeganə qoluna isə Ademola Lukman (31) imza atıb.
Qarşılaşmanın 80-ci dəqiqəsində VAR müdaxiləsindən sonra “Barselona”nın müdafiəçisi Erik Qarsiya qol imkanını pozduğuna görə qırmızı vərəqə alaraq meydandan qovulub.
Komandalar arasında ilk oyun “Atletiko Madrid”in səfərdə 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Həmin görüşdə “Barselona” müdafiəçi Pau Kubarsinin qırmızı vərəqə alması səbəbindən 44-cü dəqiqədən etibarən azlıqda mübarizə aparmışdı.
“Barselona” yarımfinalda İngiltərənin “Arsenal” və Portuqaliyanın “Sportinq” klubları arasında keçiriləcək cütün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında ilk oyunda London təmsilçisi səfərdə 1:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması 15 aprel tarixində Londonda baş tutacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqası Avropanın ən nüfuzlu klub turniri hesab olunur.
Niyaz Hacıyev
Sfera.az