Şəmkir və Tovuz rayonları ərazilərində silsilə oğurluq hadisələri baş verib.


 


Sfera.az xəbər verir ki, müxtəlif vaxtlarda Şəmkirdə 4, Tovuzda isə 2 evdən ümumilikdə 25 min manat dəyərində pul və qızıl-zinət əşyaları oğurlanıb.


 


Polis tərəfindən qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 41 yaşlı Babək Sadıqov müəyyən edilərək saxlanılıb.


 


Araşdırmalar davam etdirilir.