Fransanın “Paris Sen-Jermen” (PSJ) komandası UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində İngiltərənin “Liverpul” klubunu iki oyunun nəticəsinə əsasən məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Sfera.az xəbər verir ki, cavab qarşılaşması “Enfild” stadionunda keçirilib və Paris təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda hər iki qolu ikinci hissədə Usman Dembele vurub. PSJ ilk oyunda da evdə eyni hesabla qalib gəlmişdi.
Yarımfinal mərhələsində PSJ, “Real Madrid” və “Bavariya” cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında ilk oyun Madriddə baş tutub və qonaqların 2:1 hesablı qələbəsi ilə nəticələnib. Cavab matçı isə 15 aprel tarixində Münhendə keçiriləcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqası Avropanın ən nüfuzlu klub turniri hesab olunur.
Niyaz Hacıyev
Sfera.az