"Digər Ukrayna" hərəkatının rəhbəri Viktor Medvedçuk ABŞ prezidenti Donald Trampın xarici siyasət kursunu kəskin tənqid edib.


 


Sfera.az “TASS”a istinadən xəbər verir ki, siyasətçi Trampın Ukrayna böhranını tam həll etmədən İranla münaqişəyə girməsini strateji səhv adlandırıb. Medvedçuk hərəkatın rəsmi saytında dərc olunan məqaləsində qeyd edib ki, 2025-ci ilin fevralında Oval Ofisdə baş verən məlum qalmaqaldan sonra Ağ Ev rəhbəri qətiyyətli addım atmalı idi: "Tramp Zelenskini siyasi şahmat lövhəsindən uzaqlaşdırmalı idi. Zelenski sadəcə Amerika və Britaniya rəqiblərinin əlində bir kukladır. Lakin Tramp bunu etmədi və bununla da öz zəifliyini nümayiş etdirdi".


 


Siyasətçinin fikrincə, Ukrayna məsələsinin asılı vəziyyətdə qalması Trampın əleyhinə işləyib. Hazırda ABŞ-nin İranla qarşıdurmada Avropanın dəstəyinə ciddi ehtiyacı olduğunu vurğulayan Medvedçuk, rəsmi Kiyevin avropalılar üçün bir rıçaqa çevrildiyini bildirib.


 


Xatırladaq ki, bir müddət əvvəl Tramp İtaliya rəhbərliyinin İran məsələsində ABŞ-ni dəstəkləməməsini "qəbuledilməz" adlandırmış və müttəfiqlərini kəskin tənqid atəşinə tutub.


 


Bəsti Rəfizadə


Sfera.az