Avstraliyada uşaqların sosial mediadan istifadəsini məhdudlaşdırmaq məqsədilə tətbiq olunan qadağanın effektivliyi sual altına düşüb.


 


Sfera.az xəbər verir ki, "Molly Rose Foundation" tərəfindən aparılan son araşdırma göstərir ki, bu tədbirlər hələ də arzuolunan nəticəni vermir. Fondun mart ayında 12-15 yaş arası 1050 uşaq arasında keçirdiyi sorğuya əsasən, iştirakçıların 61%-i qadağalara baxmayaraq ən azı bir sosial media hesabından aktiv istifadə edir.


 


Araşdırma nəticələrinə görə, məhdudiyyətlərlə qarşılaşan uşaqların 70%-i bu qadağaları aşmağın olduqca asan olduğunu bildirib. Bu isə tətbiq olunan mexanizmlərin yetərincə effektiv olmadığını göstərir. Hesabatda qeyd olunur ki, ötən ilin dekabrında qüvvəyə minən məhdudiyyətlərin uşaqların psixoloji və sosial rifahına təsiri hələlik aydın şəkildə müşahidə olunmayıb. Avstraliya hökuməti isə vəziyyətlə bağlı nəzarəti gücləndirir.


 


Rəsmi qurumlar “TikTok”, “Meta”, “Platforms” və “YouTube” kimi platformalarda mümkün qayda pozuntularını araşdırır. Ölkənin e-təhlükəsizlik qurumunun apardığı yoxlamaların 2026-cı ilin ortalarınadək yekunlaşacağı gözlənilir. Qanun pozuntusu aşkar edilərsə şirkətləri 35 milyon dollara qədər cərimə gözləyir.


 


Mənsumə


Sfera.az