Güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mayor rütbəsi alıb.


 


Sfera.az xəbər verir ki, bu barədə idmançı instaqram hesabında paylaşım edib.


 


O bildirib ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ona mayor rütbəsi verib: “Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Hacı Əliyev olaraq Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir.


 


Göstərilən etimada görə təşəkkür edir, vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm”.\qafqazinfo