İspaniyanın “Real Madrid” komandası UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyununda Almaniyanın “Bayern" Münhen klubu ilə qarşılaşacaq.
Sfera.az xəbər verir ki, görüş Münhendəki "Allianz Arena" stadionunda keçiriləcək və bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İlk oyunda “Bayern" Münhen 2:1 hesablı qələbə qazanıb. Oyun baxımından Almaniya təmsilçisi daha üstün təsir bağışlayıb və çoxsaylı qol imkanları yaradıb. “Real" Madrid isə əsasən əks-hücumlara güvənib.
“Bayern" Münhen bu mövsüm hücumda yüksək məhsuldarlıq nümayiş etdirir. Komanda Bundesliqada 105 qol vuraraq rekord göstəriciyə imza atıb.
“Real" Madrid üçün bu qarşılaşma mövsümün taleyini həll edə bilər. Komanda Çempionlar Liqasında irəliləmək üçün Münhendə çətin sınaqdan keçməli olacaq.
Niyaz Hacıyev
Sfera.az