ABŞ Prezidenti Donald Tramp atəşkəs prosesi ilə bağlı növbəti diqqətçəkən bəyanatını verib. Ağ Ev rəhbəri rəsmi Pekinin Tehrana silah tədarükünü dayandıracağını bildirib.


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, müzakirələrin ikinci turu ərəfəsində ABŞ Prezidenti Donald Tramp proseslərlə bağlı mühüm məqama toxunaraq, əvvəllər Çinə İranla bağlı xəbərdarlıq etdiyini xatırladıb və Pekin administrasiyasının geri addım atdığını qeyd edib:


 


"Çin artıq İrana silah göndərməməyə razılıq verib”.


 


Xatırladaq ki, ABŞ-İran gərginliyi fonunda əldə edilən bu atəşkəs və Çinin mövqeyi regiondakı hərbi-siyasi balansa ciddi təsir göstərə bilər. Hazırda dünya ictimaiyyətinin diqqəti İslamabadda keçiriləcək ikinci tur danışıqlardadır.


 


Bəsti Rəfizadə


Sfera.az