Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunan tarif (vəzifə) maaşlarına Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada 1,5-3 dəfə artım əmsalları tətbiq edilib.


 


Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.


 


Qərarla büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləğində dəyişiklik edilib.