İran rəhbərliyi uran ehtiyatlarının zənginləşdirilməsi səviyyəsini azaltmağa hazır olduğunu bəyan edib.


 


Sfera.az “TASS”a istinadən xəbər verir ki, sözügedən prosedur "daha təhlükəli və yüksək zənginləşdirilmiş uranın" təbii və ya aşağı dərəcəli uranla qarışdırılmasını nəzərdə tutub.


 


Bu yolla yüksək riskli yanacaq hərbi məqsədlər üçün yararsız hala gətirilir. Hazırda regionda nüvə proqramı ilə bağlı gərginlik və diplomatik manevrlər davam edir.


 


Bəsti Rəfizadə


Sfera.az