Lüksemburqda yaşayan Azərbaycan vətəndaşları üçün mayın 4-də səyyar konsulluq xidmətləri həyata keçiriləcək.


 


Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Belçikadakı səfirliyinin X hesabında məlumat yayılıb.


 


"Lüksemburqda yaşayan Azərbaycan vətəndaşlarının diqqətinə! Səyyar konsulluq xidməti 4 may 2026-cı il tarixində Lüksemburq şəhərində həyata keçiriləcək", - məlumatda qeyd olunub.