Azərbaycanın Almaniyadakı səfirliyi Kölndə səyyar konsulluq xidmətləri həyata keçirəcək.


 


Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfirliyinin "X" hesabında paylaşım edilib.


 


"25-26 aprel 2026-cı il tarixində Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən Köln şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır", - məlumatda bildirilib.


 


Eyni zamanda, Lüksemburqda yaşayan Azərbaycan vətəndaşları üçün mayın 4-də səyyar konsulluq xidmətləri həyata keçiriləcək.


 


Bu barədə Azərbaycanın Belçikadakı səfirliyinin "X" hesabında məlumat paylaşılıb.


 


"Lüksemburqda yaşayan Azərbaycan vətəndaşlarının diqqətinə! Səyyar konsulluq xidməti 4 may 2026-cı il tarixində Lüksemburq şəhərində həyata keçiriləcək", - məlumatda qeyd edilib./yenisabah