Yuxular insan həyatının ən fövqəladə elementlərindən biridir. Alimlər uzun müddətdir yuxular üzərində geniş tədqiqatlar aparırlar. Bunun sayəsində yuxular haqqında çoxlu vacib məlumata sahibik. Lakin yuxuları əhatə edən sirlər tamamilə aradan qaldırılmayıb. Bu səbəbdən bir çox insan gündəlik həyatın bu adi, lakin qəribə elementi ilə olduqca maraqlanır. Üstəlik, maraqlarını təmin etmək üçün hər şeyi ifrat səviyyəyə qaldıran insanlar var. Mixayıl Raduqa onlardan biridir.
Sfera.az mövzu ilə bağlı maraqlı yazı təqdim edir.
Rusiya vətəndaşı olan Mixayıl Raduqa elmi ixtisası olmasa da, yuxuları araşdıran elm adamlarının işinə töhfə vermək istəyib. O, bir tikinti materialı mağazasından məişət qazması alaraq qonaq otağında olduqca maraqlı bir "elmi" təcrübə aparıb: adi bir qazma ilə başına deşik açıb və iddialarına görə, "öz yuxularını idarə etmək" üçün beyninə mikroçip yerləşdirib.
Yuxular haqqında aparılan elmi tədqiqatlar bu maraqlı fenomen haqqında bəzi vacib məlumatlar əldə etməyimizə imkan versə də, yuxuların sirli təbiəti tam aydınlaşdırılmamışdır.
Bir çox naməlum şeyləri ehtiva edən yuxular, bəzi "həvəskar tədqiqatçılar" üçün də əsas tədqiqat sahəsidir.
40 yaşlı Rusiya vətəndaşı Mixail Raduqa, yuxular üzərində müxtəlif tədqiqatlar aparan belə insanlardan biridir. Lakin bu maraqlı insanın heç bir elmi ixtisası yoxdur. Buna baxmayaraq, o, yuxu problemləri, astral səyahətlər və yuxu yozmalara rəhbərlik edən bir tədqiqat mərkəzi idarə edir və öz yuxularını idarə edə bilmək arzusundadır.
Lakin bu, həyatını yuxular üzərində tədqiqata həsr etmiş Raduqa kimi biri üçün belə asan bir iş deyildi. Qeyri-adi işləri ilə elmi dünyaya əhəmiyyətli bir töhfə verməyi hədəfləyən Raduqa, “YouTube”da beyin əməliyyatı videolarını izləməklə başlayıb. Beyin əməliyyatı üzrə ixtisaslaşdıqdan sonra o, hərəkətə keçmək qərarına gəlib.
10 saatlıq əməliyyatdan sonra Raduqa öz beynində deşik açıb.
O, həmçinin kəlləsindəki dəliyə mikroçip yerləşdirməyi bacardı və bunun yuxularını idarə etməyə imkan verəcəyinə inanır. Raduqa bütün bu əməliyyatı təkbaşına həyata keçirdib.
Rus "tədqiqatçısı" Raduqa bildirir ki, tarixə düşən bu maraqlı tədqiqat "gələcək yuxuya nəzarət texnologiyaları üçün böyük ümidlər" yaradır!
Digər tərəfdən, o, yuxu nəzarəti ilə bağlı tədqiqatların əhəmiyyətini bu sözlərlə qeyd etməyi də unutmur: "VR texnologiyalarından istifadə edərək toxunmaq, yemək və ya zövq almaq olmaz. Bu cür texnologiyalar məhduddur, onlar gözəldir, onlar çox yaxşıdır, amma müəyyən məhdudiyyətləri var. Gec-tez, ümumiyyətlə hər şeyin mümkün olduğu bir dünyamız olduğunu anlayacağıq."
"Elm üçün özünü qurban verməyə" hazır olan Raduqa əməliyyat zamanı bəzi çətinliklərlə də qarşılaşıb.
Raduqa 10 saatlıq əməliyyatın 30 dəqiqəsindən imtina etmək istədiyini və huşunu itirməkdən qorxduğunu bildirir. Lakin, elmi marağı sayəsində əməliyyatı davam etdirib. O, əməliyyat zamanı bir litrdən çox qan itirib.
Alimlər qeyd edirlər ki, Raduqanın qeyri-adi tədqiqatının heç bir elmi əsası yoxdur və üstəlik, son dərəcə təhlükəli bir işdir.
Məsələn, Oksford Universitetinin beyin cərrahı Aleks Qrin deyir ki, Raduqanın sağ qalması və ya daimi zədələnmədən yaşamağa davam etməsi böyük bir şansdır.
Aynil
Sfera.az