Almaniyanın “Bayern Münhen” klubu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda İspaniyanın “Real" Madrid komandasını 4:3 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.


 


Sfera.az xəbər verir ki, qarşılaşma Münhendə keçirilib.




“Bavariya”nın qollarını Aleksandar Pavloviç (6-cı dəqiqə), Harri Keyn (38), Luis Diaz (89) və Maykl Olise (90+4) vurub. “Real Madrid”in qolları isə Arda Güler (1, 29) və Kilian Mbappe (42) tərəfindən qeydə alınıb. Oyunun 86-cı dəqiqəsində Madrid təmsilçisinin futbolçusu Eduardo Kamavinqa ikinci sarı vərəqə alaraq meydandan qovulub.




Xatırladaq ki, ilk oyun Madriddə keçirilib və “Bayern" Münhenin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Almaniya klubu ümumi hesabda üstünlük qazanaraq yarımfinala yüksəlib. Münhen təmsilçisi bu mərhələdə Fransa PSJ-si ilə qarşılaşacaq. İlk oyun 28 apreldə Parisdə, cavab görüşü isə 6 mayda Münhendə baş tutacaq.


 


Niyaz Hacıyev

Sfera.az