İngiltərənin “Arsenal” klubu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda Portuqaliyanın “Sportinq” komandası ilə 0:0 hesablı heç-heçə edərək yarımfinala vəsiqə qazanıb.
Sfera.az xəbər verir ki, qarşılaşma Londonda keçirilib.
Xatırladaq ki, ilk oyun ötən həftə Lissabonda baş tutub və “Arsenal”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Beləliklə, London təmsilçisi ümumi hesabda üstünlük qazanaraq turnirdə mübarizəni davam etdirir.
Komanda yarımfinalda İspaniyanın “Atletiko" Madrid klubu ilə qarşılaşacaq. İlk oyun 29 apreldə Madriddə, cavab görüşü isə 5 mayda Londonda keçiriləcək.
UEFA Çempionlar Liqasının finalı 30 mayda Budapeştdə oynanılacaq. Hazırkı çempion isə finalda “İnter Milan”ı 5:0 hesabı ilə məğlub edən “Paris Saint-Germain”dir.
Niyaz Hacıyev
Sfera.az