Vaşinqton-Havana xəttində gərginlik pik həddə çatıb. ABŞ-nin Kubaya qarşı mümkün hərbi müdaxilə planlarını sürətləndirdiyi iddia edilir.


 


Sfera.az xəbər verir ki, Amerika mətbuatında yer alan məlumatlara görə, Ağ Evin göstərişi ilə Kubaya qarşı müxtəlif hərbi ssenarilər üzərində işlər intensivləşib. Pentaqondan bildirilib ki, hazırkı böhranın kökündə Donald Trampın bu ilin yanvar ayında imzaladığı sərt iqtisadi fərmanlar dayanıb. Xüsusilə, Kubaya neft tədarük edən ölkələrə qarşı ticarət sanksiyalarının tətbiqi adada vəziyyəti gərginləşdirib. Pentaqonun rəsmi bəyanatı isə "hazırlıq" iddialarını dolayısı ilə təsdiqləyib: "Müxtəlif ssenarilərə qarşı hazırlıqlı olmaq hərbi prosedurlarımızın bir hissəsidir.


 


Lazım gələrsə, Prezidentin təlimatlarını icra etməyə hazırıq".


 


Kubanın lideri Miquel Dias-Kanel isə ABŞ-nin təhdidlərinə sərt cavab verib. O, hər hansı bir hərbi müdaxilə cəhdinin adada böyük müqavimətlə qarşılaşacağını bildirib:


 


"Azadlığımız və suverenliyimiz müzakirə mövzusu deyil. Əgər müdaxilə olsa, son nəfəsimizə qədər mübarizə aparacağıq!”.


 


Ekspertlər xəbərdarlıq edir ki, hər iki tərəfdən gələn kəskin bəyanatlar regionda sülhü təhlükə altına qoyub.


 


Bəsti Rəfizadə


Sfera.az