Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni kadr təyinatı olub.


 


Sfera.az xəbər verir ki,, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.


 


Əmrə əsasən, Cəfərli Gülnarə İntizam qızı İnsan resursları departamentinin müdir müavini təyin edilib. O bundan əvvəl adıçəkilən departamentin İşə qəbul və planlama şöbəsinin müdiri idi.


 


Eyni zamanda, Agentliyin İnzibati departamentinin Təsərrüfat şöbəsinin müdiri Kamal Məmmədov işdən azad olunub. \unikal