Dünyanın ən nüfuzlu nəşrlərindən biri olan "Time" jurnalı 2026-cı il üçün "Dünyanın ən nüfuzlu 100 adamı" siyahısını ictimaiyyətə təqdim edib.


 


Siyasətdən incəsənətə, texnologiyadan idmana qədər geniş spektri əhatə edən siyahıda bu il də bir-birindən iddialı adlar yer alıb.


 


Sfera.az xəbər verir ki, jurnal builki qalibləri altı fərqli kateqoriya üzrə qruplaşdırıb:


 


"Liderlər", "Titanlar", "İkonlar", "Sənətçilər", "Yenilikçilər" və "Öncüllər".


 


Liderlər bölməsində ABŞ Prezidenti Donald Tramp, Roma Papası XIV Leo, Çin Lideri Si Cinpin, Meksika Prezidenti Klaudiya Şeynbaum və İsrail Baş naziri Benyamin Netanyahu kimi çəkili fiqurlar yer alıb. "Titanlar" arasında Hollivud ulduzları Zoe Saldana, Ben Stiller və moda nəhəngi Ralf Loren diqqət çəkib.


 


"İkonlar" kateqoriyasında isə Viktoriya Bekhem, Keyt Hadson və Etan Houk kimi tanınmış simalar öz yerlərini qoruyublar.


 


"Sənətçilər"də məşhur müğənni Cennie (BLACKPINK) və aktrisa Dakota Conson önə çıxarkən "Öncüllər" kateqoriyasında dünyanın ən böyük "YouTube"çusu MrBeast və "Disney"in rəhbəri Coş D'Amaro yer alıb.


 


Kateqoriyalar üzrə ən nüfuzlu adların siyahısı:


 


Sənətçilər:


 


Lük Kombs (Müğənni) Cennie (Müğənni, BLACKPINK üzvü) Keke Palmer (Aktrisa və müğənni) Noa Vayl (Aktyor) Dakota Conson (Aktrisa) Cəfər Pənahi (Rejissor) Kler Deyns (Aktrisa) Benisio del Toro (Aktyor) Conatan Qroff (Aktyor) Ranbir Kapur (Aktyor) Tayeri Cons (Yazıçı) Noa Kahan (Müğənni) Anderson Paak (Musiqiçi) Reya Sihorn (Aktrisa) Koko Cons (Aktrisa və müğənni)


 


Titanlar:


 


Zoe Saldana (Aktrisa) Ben Stiller (Aktyor və rejissor) Aliko Danqote (İş adamı) Skotti Şeffler (Qolfçu) Anok Yay (Model) Ralf Loren (Dizayner) Linsi Addario (Fotoreportyor) Syuzan Dell və Maykl Dell (Xeyriyyəçilər) Sundar Piçay ("Google" və "Alphabet"in rəhbəri) Devid Ellison ("Skydance Media"nın qurucusu) Lİp-Bu Tan (Texnologiya investoru)


 


Yenilikçilər:


 


Nikki Qlezer (Komediyaçı) Hilari Nayt (Buz xokkeyçisi) Vikas Khanna (Şef) Lando Norris ("Formula 1" pilotu) Mettyu Blezi (Dizayner) Dario Amodei və Daniela Amodei ("Anthropic"in qurucuları) Noa Layls (Atlet) Nil Mohan ("YouTube"un CEO-su) Sabrina Volter (Sahibkar) Saray Friar ("OpenAI"ın maliyyə direktoru)


 


İkonlar:


 


Vaqner Moura (Aktyor) Keyt Hadson (Aktrisa) Hilari Daff (Aktrisa) Alan Kamminq (Aktyor) Sterlinq K. Braun (Aktyor) Etan Houk (Aktyor və rejissor) Şirin Ebad (Hüquqşünas və aktivist) Viktoriya Bekhem (Dizayner) Rau Alehandro (Müğənni)


 


Liderlər:


 


Papa XIV Leo (Roma Katolik Kilsəsinin rəhbəri) Klaudiya Şeynbaum (Meksika Prezidenti) Donald Tramp (ABŞ Prezidenti) Si Cinpin (Çin Dövlət Başçısı) Benyamin Netanyahu (İsrail Baş naziri) Qavin Nyusom (Kaliforniya Qubernatoru) Qvin Şotvel ("SpaceX"in rəhbəri) Zohran Mamdani (Siyasətçi) Mette Frederiksen (Danimarka Baş naziri)


 


"Time" jurnalının baş redaktoru Sem Ceykobs bildirib ki, bu siyahı dünyanı dəyişdirən hekayələrin və o hekayələri yazan insanların bir təzahürüdür.


 


Bəsti Rəfizadə


Sfera.az