Türkiyənin məşhur “Sevdiyim Sənsən” serialında tərəf müqabili olan Aytaç Şaşmaz və Helin Kandemir haqqında diqqətçəkən iddia yayılıb.


 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, serialda sevgili obrazlarını canlandıran iki aktyor real həyata da sevgi yaşadığı və onların münasibətinin romantikaya çevrildiyi bildirilir. İddiaya görə, çəkiliş meydançasında başlayan yaxınlıq zamanla dostluqdan daha ciddi münasibətə keçib.


 


Məlumata əsasən, cütlük münasibətlərini mediadan uzaq saxlamağa üstünlük verir və çəkiliş meydançasından kənarda birlikdə görüntü verməməyə çalışır. Helin Kandemir isə bir müsahibəsində Aytaç Şaşmaz haqqında “Onun çox gözəl bir ürəyi var” sözlərini işlədib.


 


Eyni zamanda diqqət çəkən məqamlardan biri də Helin Kandemirin Aytaç Şaşmazın ailə üzvlərindən biri olan Hande Ünalı sosial şəbəkədə izləməsidir.


 


Fidan Hacızadə


Sfera.az