ABŞ siyasətçisi və Nyu-Cersi ştatının qubernatoru Mayki Şerrill Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasından FIFA 2026-cı il Dünya Kuboku zamanı azarkeşlərin daşınması xərclərinin qarşılanmasını tələb edib.


 


Sfera.az xəbər verir ki, bu barədə “The New York Post” qəzeti qubernatorun açıqlamalarına istinadən məlumat yayıb.




Şerrill bildirib ki, FIFA bu xərcləri ödəməlidir:


 


“Əgər ödəməsə, Nyu-Cersi sakinlərinin haqqının tapdalanmasına icazə verməyəcəyəm. Mənim administrasiyam əvvəlki razılaşmanı miras alıb və bu razılaşmaya əsasən, Dünya Kuboku zamanı nəqliyyat xərclərinə bir dollar belə ayırmayacağıq”.




Məlumata görə, NJ Transit Nyu-Yorkun Penn Stansiyasından oyunların keçiriləcəyi “MetLife” stadionu istiqamətində bilet qiymətlərini standart 12,90 dollardan 100 dollara qaldırmağı planlaşdırır. Qeyd edək ki, 2026 FIFA Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.


 


Niyaz Hacıyev

Sfera.az