Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" klubunda narahatlıq yaşanıb.
Sfera.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Futbol Liqasının 29-cu turunda "Əl-İttifaq"a qarşı keçirilən oyunda ulduz hücumçu özünü pis hiss edib.
Bu barədə komandanın baş məşqçisi Xorxe Jesus “Record” nəşrinə açıqlamasında məlumat verib.
Məlumata görə, Ronaldo görüşdə 89 dəqiqə meydanda olub. Baş məşqçi bildirib ki, futbolçu fasilə zamanı mədə problemi yaşasa da, oyunu davam etdirməkdə israr edib. Matç başa çatdıqdan sonra isə soyunub-geyinmə otağına qayıtdıqdan sonra qusub.
Qeyd edək ki, 41 yaşlı futbolçu beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu və ikiqat Millətlər Liqasının qalibidir. O, həmçinin Avropa çempionatı, Çempionlar Liqası və Klublararası Dünya Kuboku tarixinin ən çox qol vuran oyunçusudur. Kriştiano Ronaldo 2022-ci ilin dekabr ayından "Əl-Nəsr" klubunda çıxış edir, daha əvvəl isə "Sportinq", "Mançester Yunayted", "Yuventus" və "Real Madrid" kimi komandalarda oynayıb. Hazırda Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlinə 76 xalla "Əl-Nəsr" başçılıq edir.
Niyaz Hacıyev
Sfera.az