“Harvard University” tərəfindən aparılan uzunmüddətli tədqiqat nikah daxilində məsuliyyətlərin bölüşdürülməsinin münasibət keyfiyyətinə birbaşa təsir etdiyini ortaya qoyub.


 


Sfera.az xəbər verir ki, araşdırmanın nəticələrinə əsasən, ev işlərini, xüsusilə gündəlik yemək bişirmə kimi vəzifələri təkbaşına üzərinə götürməyən qadınlar evliliklərində daha yüksək məmnuniyyət səviyyəsi nümayiş etdiriblər. Bu qrupda orta xoşbəxtlik göstəricisi 10 bal üzərindən 8.4 olaraq qeydə alınıb. Bunun əksinə, evdə bütün yemək bişirmə yükünü təkbaşına daşıyan qadınların məmnuniyyət balı təxminən 6.1 olub.


 


Tədqiqatçılar fərqin ev işinin özündən deyil, məsuliyyətlərin balanssız bölüşdürülməsindən qaynaqlandığını bildirirlər.


 


Qeyd olunur ki, tərəflərdən biri daimi olaraq “xidmət edən” rolunda olduqda, bu, münasibətdə bərabərlik və dəyər hissini azaldır. Eyni zamanda araşdırma kişiləri də əhatə edib və nəticələr göstərib ki, ev işlərinin ədalətli bölüşdürülməsi onların da münasibət məmnuniyyətini artırır. Məsuliyyətlər balanslı olduqda hər iki tərəf özünü daha hörmətli, dəyərli və emosional olaraq daha bağlı hiss edir.


 


Fidan Hacızadə


Sfera.az