Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.


 


Sfera.az xəbər verir ki, aprelin 17-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava müşahidə olunacaq.


 


Proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Belə ki, yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.


 


Sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.