Sabirabad rayonunda 18 yaşlı qızın meyiti tapılıb.


 


Sfera.az xəbər verir ki, aprelin 15-i saat 14 radələrində 2008-ci il təvəllüdlü Qaragüney kənd sakini Nuranə Əliyevanın meyiti yaşadığı evin həyətindəki yardımçı təsərrüfatda aşkar edilib.


 


Oxşar hadisə aprelin 15-i saat 17 radələrində Güdəcühür kəndində də baş verib.


 


Belə ki, 2009-cu il təvəllüdlü Aydın Kərimovun meyiti yaşadığı evin həyətində tapılıb.


 


Hər iki faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.