Dialoq və diplomatiyanın yerini raket ilə bombaların tutduğu dövrdə heç bir dövlət təhlükəsizlikdə deyil.


 


Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Parlamentlərarası İttifaqının 152-ci Assambleyasına qatılan müxtəlif ölkələrin qanunverici orqanlarının sədrlərini qəbul edərkən deyib.


 


"Dialoq və diplomatiyanın yerini raket ilə bombaların tutduğu dövrdə heç bir dövlət təhlükəsizlikdə deyil", - o bildirib və əlavə edib ki, Türkiyə bütün münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır./modern