Dövlət Sosial Müdafiə Fondu cari ilin ilk 3 ayında sosial ödənişlər üzrə əhaliyə ödənilən vəsaitlərin həcmini açıqlayıb.


 


Sfera.az  xəbər verir ki, bu barədə fonddan məlumat verilib.


 


Bildirilib ki, 2026-cı ilin yanvar-mart ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 255,9 milyon manat və ya 10,85% çox olmaqla 2 614,8 milyon manat vəsait ödənilib. \teleqraf